EN

“Kristal Pelas” “Liverpul”u yendi, Super Kuboku qazandı

“Kristal Pelas” Premyer Liqa çempionu “Liverpul”u məğlub edərək tarixində ilk dəfə İngiltərə Super Kubokunun qalibi olub.

Arena.az xəbər verir ki, qarşılaşma Londondakı “Uembli” stadionunda keçirilib.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. “Liverpul”un qollarını Uqo Ekitike (4-cü dəqiqə) və Ceremi Frimponq (21-ci dəqiqə) vurublar. Rəqib komandanın heyətində isə Jan-Filipp Mateta (17-ci dəqiqə, penalti) və İsmayıl Sarr (77-ci dəqiqə) fərqləniblər. Penaltilər seriyasında İngiltərə Kubokunun qalibi daha dəqiq olub – 3:2.

Bununla da “Kristal Pelas” tarixində ilk dəfə İngiltərə Super Kubokunu qazanıb. “Liverpul” isə 16 dəfə kuboka sahib olub. “Qırmızılar” titul sayına görə yalnız “Mançester Yunayted” (21 dəfə) və “Arsenal”dan (17 dəfə) geri qalırlar.

Chosen
78
30
arena.az

10Sources