EN

Rusiyaya xəbərdarlıq edildi - Azərbaycan Ukraynanı silahlandıra bilər...


Xəbər verildiyi kimiavqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı tərəflər Rusiya hərbçilərinin Ukraynada Azərbaycanın enerji infrastrukturuna hücumlarını da müzakirə ediblər.

LiderlərUkrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Bu arada,Caliber.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Rusiya Azərbaycanın maraqlarına qarşı hücumlarını davam etdirərsə, Bakı Ukraynaya silah ixracına qoyulan embarqonu aradan qaldırmağı nəzərdən keçirəcək.

TAHİR

Chosen
61
50
baki-xeber.com

10Sources