EN

“Aston Villa” Evann Gessan ilə gücləndi

“Aston Villa” 24 yaşlı ivuarlı mərkəz hücumçusu Evann Gessanı “Nitsa”dan tamhüquqlu əsasda “şirlər”in heyətinə qatıb.

Arena.az bu barədə “Aston Villa”nın mətbuat xidmətinə istiandən məlumat verir.

Tərəflərin müqavilə müddəti haqda məlumat hələ açıqlanmayıb.

Keçid İngiltərə klubuna 30 milyon avro məbləğ müqabilində başa gəlib.

Evann Gessan “Nitsa”nın məzunudur. Hücumçu, karyerası ərzində həmçinin “Lozanna” (icarə) və “Nant”da (icarə) çıxış edib.

Geridə qalmış mövsümdə Gessan “Nitsa” üçün 42 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə verib.

Evann Gessan 2024-cü ilin iyun ayında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 10 oyuna 1 qolla fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı ivuarlı mərkəz hücumçusunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Chosen
56
13
arena.az

10Sources