EN

Cek Nikolsonun nəvəsi saxlanıldı

Cek Nikolsonun nəvəsi saxlanıldıAmerikalı aktyor Cek Nikolsonun nəvəsi 29 yaşlı Şon Norflit Los-Ancelesdə saxlanılıb.

Axşam.az xəbər verir ki, o, məişət zorakılığında ittiham olunur.

Bildirilib ki, Şon avqustun 5-də qadını döyüb. O, ifadə verdikdən sonra 50 min dollar girov müqabilində sərbəst buraxılıb. Zərərçəkənin kimliyi və aldığı xəsarətlərin dərəcəsi açıqlanmayıb.

İş üzrə dinləmə avqustun 26-na təyin edilib. Onun günahı sübuta yetirilərsə, aktyorun oğlu 4 il müddətinə qədər həbs edilə bilər.

Chosen
110
2
big.az

6Sources