EN

Tanınmış rejissor boğularaq vəfat etdi

Rusiyanın teatr rejissoru Yuri Butusov 63 yaşında vəfat edib.Metbuat.az Rusiya KİV-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, o, tətil olduğu zamanı boğulub. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Butusov Vaxtanqov adına Teatrın baş rejissoru vəzifəsindən istefa verib və Parisə gedib, daha sonra Vilnüs Köhnə Teatrında tamaşalar üzərində işləyib.

Yuri Butusov "Yastıq adam", "Makbet", "Dayı Vanya", "Qaçış", "Kral Lir", "Ölçü ilə ölçü" və "İvanov" kimi işləri ilə tanınır.

Chosen
46
metbuat.az

1Sources