“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduzu və kapitanı, veteran mərkəz hücumçusu Kristiano Ronaldo “Qızıl top” mükafatı haqda sualı cavablayıb.
Arena.az “Al Nassr Zone” dərgisinə istinadən, Ronaldonun müvafiq cavabını təqdim edir:
“Cari ildə “Qızıl top”? Məncə, geydirmə mükafatdır”, deyə “Kriş” vurğulayıb.
Xatırladaq ki, Kristiano Ronaldo “Qızıl top” mükafatı ilə 5 dəfə təltif edilib. “Qızıl top” ən çox sayda isə argentinalı ulduz hücumçu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messiyə təqdim edilib – 8 dəfə.
Xatırladaq ki, “France Footbal” nəşri “Qızıl top”a namizədlərin siyahısını ictimaiyyətə təqdim edib. Mükfatlandırma mərasimi cari ilin sentyabr ayının 22-də Parisdə təşkil ediləcək təqdimat mərasimində baş tutacaq.