EN

Süni intellektin hazırladığı pəhriz XƏSTƏXANALIQ ETDİ

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib. Avtosfer.az-ın məlumatına görə, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib. Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib. Belə ki, xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub. Faktla bağlı araşdırma aparılır.

Chosen
28
23
avtosfer.az

10Sources