Bakı. Trend:
ABŞ-nin Merilend ştatının Baltimor bölgəsində naməlum şəxsküçəyə toplaşan insanlara atəş açıb.
Trend-in “ABCNews”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfəryaralanıb.
Atışma şənbə günü yerli vaxtla saat 20:50-də (Bakı vaxtı iləbazar günü 04:50) Spouldinq və Kvinsberi prospektlərinin kəsişməsiyaxınlığında baş verib.
Baltimor polis komissarı Riçard Uorlinin sözlərinə görə,yaralılar arasında 5 yaşlı qız da var, lakin onun həyatı üçüntəhlükə yoxdur. Yaralılardan biri – 38 yaşlı kişinin vəziyyəti isəağırdır.
Hadisə ilə bağlı polis araşdırmaları davam etdirir.