ABŞ-ın Merilend ştatının Baltimor şəhərində baş verən atışma nəticəsində biri beş yaşlı uşaq olmaqla 6 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
APA xəbər verir ki, bu haqda CBS kanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
“Polis Baltimorda atışma ilə bağlı araşdırma aparır. Altı nəfər yaralanıb. Onlardan biri beş yaşlı uşaq”, – məlumatda deyilir.
Beş yaşlı qızın qolundan yaralandığı və ciddi xəsarət almadığı qeyd edilir. Bir nəfərin vəziyyəti ağırdır.
Atəşin kim tərəfindən açıldığı barədə hələlik məlumat yoxdur.