EN

Zelenski Putin-Tramp görüşünə dəvət olunmayıb

ABŞ Ukrayna lideri Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında Alyaskada keçiriləcək görüşdə iştiraka dəvət etməyib.

Viral.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Zelenski hələ də dəvət edilməyib.

Son Yazılar:

Qeyd edək ki, Amerika Prezidenti bundan əvvəl rusiyalı həmkarı ilə avqustun 15-də Alyaskada görüşəcəyini bildirmişdi. Daha sonra danışıqların planlarını Rusiya liderinin köməkçisi Yuri Uşakov təsdiqləyib. Onun sözlərinə görə, Putin və Tramp əsas diqqəti Ukrayna münaqişəsinin uzunmüddətli sülh yolu ilə həllinə nail olmaq variantlarının müzakirəsinə yönəldəcəklər.

Uşakov vurğulayıb ki, Kreml iki prezident arasında növbəti görüşün Rusiya ərazisində baş tutacağını gözləyir.

Chosen
3
17
viral.az

10Sources