EN

“Bugatti” eksklüziv “Brouillard” hiperkarını təqdim edib

“Bugatti” şirkəti bir neçə gün əvvəl elan etdiyi sirli yeni modelini açıqlayıb.

Yeni modelin adı “Brouillard”dır.

O, “Chiron” platformasına əsaslanır və öz növünün yeganə modeli olaraq qalacaq. Qeyd olunub ki, kupe yeni “Bugatti Solitaire” xəttinin debüt modelidir. Bu çərçivədə şirkət ən sadiq müştəriləri üçün unikal avtomobillər istehsal etməyi planlaşdırır.

Yeni avtomobilin mühərriki “Chiron”da olduğu kimi dəyişməz qalıb – 1 600 at gücünə malik W16. “Brouillard”ın qiyməti açıqlanmayıb.

MənbəOXU.AZ
Chosen
17
2
banker.az

3Sources