EN

İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir. “İspaniya Prezident Əliyev və Baş nazir Paşinyan arasında ABŞ-nin iştirakı ilə Ağ Evdə əldə olunmuş razılaşmaları alqışlayır və hesab edir ki, bu, onilliklər ərzində davam edən münaqişədən sonra Ermənistan və Azərbaycan arasında yekun sülh əldə edilməsi və münasibətlərin tam normallaşması istiqamətində həlledici addım olacaq”, - bəyanatda qeyd olunub. Vurğulanır ki, İspaniya Cənubi Qafqazda sülh və sabitliyin olmasına sadiqdir. AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
55
4
azvision.az

10Sources