İspaniya Azərbaycan və Ermənistan arasında imzalanmış sazişlərin hər iki ölkənin və bütövlükdə regionun rifahı naminə əməkdaşlığın, qarşılıqlı anlaşmanın və inkişafın yeni mərhələsini açacağına ümid edir.
Operativ Media-nın məlumatına görə, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.
“İspaniya Prezident Əliyev və Baş nazir Paşinyan arasında ABŞ-nin iştirakı ilə Ağ Evdə əldə olunmuş razılaşmaları alqışlayır və hesab edir ki, bu, onilliklər ərzində davam edən münaqişədən sonra Ermənistan və Azərbaycan arasında yekun sülh əldə edilməsi və münasibətlərin tam normallaşması istiqamətində həlledici addım olacaq”, - bəyanatda qeyd olunub.
Vurğulanır ki, İspaniya Cənubi Qafqazda sülh və sabitliyin olmasına sadiqdir.