EN

"Fənərbaxça"dan ayrılan futbolçu Meksika klubuna keçib

Ötən mövsüm icarə əsasında "Fənərbaxça"da çıxış etmiş Allan Sen-Maksimenin yeni klubu müəyyənləşib.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, fransalı vinger karyerasını Meksikada davam etdirəcək. Sen-Maksimen "Amerika" klubu ilə anlaşıb. 28 yaşlı futbolçu artıq Meksikadadır.

"Amerika" təcrübəli oyunçu üçün onun müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Əhli"yə 12 milyon dollar təzminat ödəyəcək.

Chosen
56
3
day.az

4Sources