EN

Sülh yolunda atılan ən vacib addım

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsindəAzərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar vəAzərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələrtarixi əhəmiyyətə malikdir.

1988-ci ildən bəri Ermənistan və Azərbaycan arasında davam edənDağlıq Qarabağ münaqişəsi illər boyu regional və beynəlxalqsəylərlə həll edilməyə çalışıls da, davamlı sülh sanki əlçatmazidi. Ancaq 2025-ci ilin avqust ayında, Vaşinqtonda keçirilənsammitdə üçtərəfli razılaşmanın imzalanması bu qalıcı ayrılığı sonayetirmək yolunda tarixi bir dönüş nöqtəsi sayılır.

Ağ Evdə keçirilən bu üçtərəfli sammitin təşkilinə qədər ABŞ,Azərbaycan və Ermənistan rəsmiləri bir neçə ay boyunca qapalıdanışıqlar aparıblar. Vaşinqtonun vasitəçiliyi ilə aparılanprosesin əsas məqsədi, yalnız hərbi əməliyyatların qarşısını almaqdeyil, həm də tərəfləri tam şəkildə iqtisadi və diplomatikəməkdaşlıq müstəvisinə keçirmək idi. Bu baxımdan, bəyannamə təkcəatəşkəsin təsdiqi deyil, həm də strateji əməkdaşlıq sənədi kimidəyərləndirilir. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsihüquqi-siyasi baxımdan tam bağlanır, hərbi əməliyyat aparmamaqöhdəliyi götürülür. Dövlətlər arasında yarana biləcək bütünmübahisələr dövlətlərin ərazi bütövlüyü prinsipi əsas olmaqlayalnız diplomatik masada həll ediləcək. Bundan başqa, Azərbaycanınqərb rayonlarını Naxçıvanla birləşdirəcək, Ermənistan ərazisindənkeçəcək, daha sonra Türkiyə, Avropa və Yaxın Şərq bazarlarına çıxışyaradacaqdır.

Burada məqsəd, həm ticarət, həm də enerji tranzitiniartırmaqdır. TRIPP layihəsinin maliyyələşdirilməsində ABŞ-ninaparıcı infrastruktur şirkətləri və beynəlxalq maliyyəinstitutlarının iştirak edəcəyi gözlənilir. Bu, bölgəyəmilyardlarla dollarlıq investisiya gətirə bilər.

Sülh bəyannaməsinin reallaşması üçün ilk növbədə adı çəkilənkoridorun texniki planlaşdırılması və tikintisinin vaxtında başaçatdırılması, sərhəd demarkasiyası və delimitasiyası prosesininproblemsiz icrası, qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsivə humanitar əlaqələrin bərpası və xalqlar arasında psixolojibaryerlərin aradan qaldırılması vacibdir.

Bəyannamənin mühüm siyasi nəticələrindən biri də ATƏT-in MinskQrupu prosesinin rəsmi olaraq sonlandırılmasıdır. Bu addım, illərlədavam edən, amma real nəticə verməyən vasitəçilik mexanizmininəvəzində birbaşa, nəticəyönümlü danışıqlar formatına keçidisimvolizə edir. Azərbaycan və Ermənistan Xarici İşlər nazirləriATƏT-ə rəsmi müraciət ünvanlayaraq, Minsk Qrupunun mandatının ləğvedilməsini istəyiblər.

Bu nəticə Prezident İlham Əliyevin illərlə apardığı ardıcıl,prinsipial siyasətin bəhrəsidir. Vaşinqtonda imzalanan bu tarixisənəd, böyük bir diplomatik uğurdur. Lakin tarix göstərir ki, realsülh yalnız siyasi iradə ilə deyil, həm də iqtisadi maraqlarınuzlaşması ilə möhkəmlənir. Prosesin uğurla icra olunması CənubiQafqazı uzunmüddətli sabitliyə və çiçəklənməyə aparan yolda ənönəmli mərhələ olacaqdır.

Milli Məclisin deputatı,

Əminə Ağazadə

Məqalədə:
Chosen
42
4
az.trend.az

4Sources