EN

Qaqauziya rəhbərinin həbs qərarından şikayət verildi

Müdafiə tərəfi Qaqauziyanın (Moldova tərkibində muxtar vilayət) rəhbəri Yevgeniya Qutsulun həbsi ilə bağlı məhkəmə prosesi bitməmiş çıxarılmış qərardan kassasiya şikayəti verib.

Publika.az xəbər verir ki, bu barədə muxtariyyət rəhbərinin vəkili Nataliya Bayram “First in Moldovada” telekanalına məlumat verib.

"Müdafiə tərəfi hesab edir ki, Yevgeniya Qutsulun heç bir hüquqi qüvvəsi olmayan hökm əsasında həbsdə saxlamaq qanunsuz hərəkətdir. Çünki hakim həbsi nəzərdə tutan qaydalara istinad edərək, məhkəmənin qərarı ilə yanaşı, ayrıca rəy də verməli idi", - vəkil bildirib.

Qeyd edək ki, avqustun 5-də Moldova məhkəməsi Qaqauziya rəhbərini respublikada konstitusiyaya zidd elan edilmiş “Şor” partiyasınının maliyyələşdirilməsində qanun pozuntusu ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edib. Hökm elan edildikdən sonra Kişinyovda məhkəmə binası qarşısında Qutsul tərəfdarları ilə polis arasında toqquşma baş verib.

Daha sonra müxalifətin “Qələbə” blokunun deputatları bildiriblər ki, onları Qutsulun saxlandığı istintaq təcridxanasına buraxmayıblar. Millət vəkilləri məhbusların saxlanma şəraiti ilə tanış olmaq istəyiblər.

Chosen
22
publika.az

1Sources