Ələt-Astara yolu açılıb.
BAKU.WS APA-ya istinadən bildirir ki, Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindən keçən hissəsində yanan "Mercedes" markalı nəqliyyat vasitəsi söndürülüb. Bundan sonra nəqliyyatın hərəkəti bərpa olunub.
*** 14:40
Yeni Ələt-Astara yolu bağlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, magistralın Biləsuvar rayonundan keçən hissəsində avtomobilin yanması səbəbindən hazırda yolun bir istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb.