EN

Sülh müqaviləsinin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə addımların atılmasına ehtiyac var

“Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin (sülh müqaviləsi) paraflanması fonunda, Birgə Bəyannamədə həmin Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə addımların atılmasının davam etdirilməsinə ehtiyac var.

Aznews.az xəbər verir ki, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamə normallaşma prosesinin irəlilədilməsi və regionda dayanıqlı sülhün və sabitliyin təmini baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 44 günlük Vətən müharibəsindən sonra irəli sürdüyü sülh gündəliyinin Ermənistan və beynəlxalq birlik tərəfindən qəbuluna dəlalət edən müddəaları özündə ehtiva edir.

Birincisi, “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin (sülh müqaviləsi) paraflanması fonunda, Birgə Bəyannamədə həmin Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə addımların atılmasının davam etdirilməsinə ehtiyac olduğunun təsbit edilməsi xüsusi vurğulanmalıdır.

Belə ki, Ermənistan tərəfinin sazişin imzalanması və ratifikasiyası üçün heç bir əngəl olmaması ilə bağlı indiyə qədər tutduğu mövqe müqabilində, Birgə Bəyannamədə qeyd edilən müddəanın təsbit edilməsi təsadüf hesab edilə bilməz və bu, Ermənistan konstitusiyasında zəruri dəyişiklik edilməklə, burada Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması zərurətini əks etdirir;

Beləliklə, sənəddə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası aradan qaldırılmayana qədərikitərəfli saziş layihəsinin imzalanmasının mümkün olmadığına dair Azərbaycan tərəfinin normallaşma prosesinin lap əvvəlindən ortaya qoyduğu mövqe öz təsdiqini tapır;

Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada da Azərbaycan tərəfinin prinsipial və ardıcıl mövqeyindən irəli gələrək, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıların təmin edilməli olduğuna dair müddəa öz əksini tapır;

Sənəddə “maneəsiz bağlantılar” məfhumunun məxsusi olaraq məhz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında əlaqə kontekstində qeyd edilməsi xüsusilə vurğulanmalıdır.

Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında bağlantıların təmininə xüsusi yanaşma tətbiq edilməsi zərurətinə dair Azərbaycan tərəfinin prinsipial mövqeyinin Ermənistan tərəfindən qəbul edilməsinin təsdiqi kimi

Chosen
4
50
aznews.az

10Sources