"Sabah" basketbol klubu heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" Kit Jordanı heyətinə cəlb edib. Onunla 2 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı basketbolçu daha əvvəl BC Prievidza (Slovakiya), Breiðablik (İslandiya), Titanes del Licey (Dominikan) klublarında da çıxış edib.