Aygün Attar: Rusiya ABŞ-də atılan imzalarla Cənubi Qafqazı tamamilə itirdi
Rusiya ABŞ-də atılan imzalarla Cənubi Qafqazı tamamilə itirdi.
“Report” xəbər verir ki, bunu Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri professor Aygün Attar “Haber Global”ın efirində deyib.
O bildirib ki, Rusiyanın Azərbaycanla bağlı yanlş siyasəti ona baha başa gəldi:
“Zəngəzur dəhlizinə nəzarət 2020-ci il 10 noyabr bəyanatı ilə əslində Rusiyaya verilə bilərdi. Amma Rusiya bu imkandan məhrum oldu”.
A.Attar söyləyib ki, artıq Cənubi Qafqaza sülh gəlib: “İtirən Rusiya, Fransa və erməni diasporu oldu. Odur ki, Vaşinqtonda atılan imzalar çox önəmlidir”.
Prof. Dr. Aygün Attar: "BUGÜN RUSYA'YA ÇOK AĞIR BİR FATURA KESİLDİ! Kaybedenler Rusya, Fransa ve Ermeni Diasporasıdır!" pic.twitter.com/gZFJTQ7WpV