EN

“Bloomberg”: ABŞ və Rusiya Ukrayna ilə bağlı razılaşma üzərində işləyirlər

ABŞ Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün Rusiya ilə razılaşma üzərində işləyir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

"Vaşinqton və Moskva Rusiya və Ukrayna arasında münaqişəyə son qoymaq üçün razılığa gəlməyə çalışırlar. Amerika və Rusiya rəsmiləri prezidentlər Donald Tramp və Vladimir Putin arasında planlaşdırılan sammit üçün ərazilərlə bağlı razılaşma üzərində işləyirlər", - xəbərdə deyilir.

“Bloomberg” qeyd edib ki, Ukrayna ərazilərini itirməyə razılıq vermək riski daşıyır, Avropa isə atəşkəsə nəzarət etməli olacağından narahatlığını ifadə edir.

Agentliyin mənbələri xəbərdarlıq edib ki, müqavilənin şərtləri və planları hələ də aydın deyil və dəyişə bilər.

Chosen
16
4
report.az

5Sources