
Prezident İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Amerika lideri Donald Trampa minnətdarlığını bildirib.
Reyting.az-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti Vaşinqtonda ABŞ və Ermənistan liderləri ilə görüşdə çıxışı zamanı deyib.
İlham Əliyev uzun illər əvvəl Azərbaycana tətbiq edilən “907-ci düzəliş”in bu gün ləğv edilməsinə görə Trampa təşəkkür edib: “Bu gün həqiqətən Azərbaycan xalqının yaddaşına həkk olunacaq".