EN

Doğmalarının məzarını ziyarət edən şəxs yanğına səbəb oldu

Avqustun 8-də Xocavənd rayonunun Əmirallar kəndi ərazisindəki qəbiristanlıqda yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN Mətbuat Xidmətinin regional qrupundan Publika.az-a verilən məlumata görə, araşdırmalarla yanğının rayon sakini, 1990-cı il təvəllüdlü Səxavət Məmmədov tərəfindən qəbiristanlıqda doğmalarının məzarını ziyarət edərkən odla ehtiyatsız davranması nəticəsində baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində təxminən 5 hektar sahədə kol-kos yanıb və bir neçə məzara ziyan dəyib.

S.Məmmədov məsuliyyətə cəlb olunub.

Chosen
51
12
publika.az

10Sources