EN

“Real”ın yeni 9 nömrəsi

“Real Madrid” klubunda yay mövsümündə forma nömrələrində dəyişiklik edilib.

90deqiqe.Az-ın The Athletic nəşrinə istinadən verdiyi xəbərə görə, Kilian Mbappe Luka Modriçə məxsus olmuş “10” nömrəli formanı geyinəcək. Bu dəyişikliyin ardından boş qalan “9” nömrəli forma isə 19 yaşlı hücumçu Endrikə həvalə olunacaq.

Daha əvvəl mətbuatda “9” nömrəli formanı Klublararası Dünya Çempionatında yaxşı təsir bağışlayan Qonsalo Qarsiyaya veriləcəyi iddia olunurdu.

Braziliyalı forvard daha əvvəl “kral klubu”nda “16” nömrəli formada çıxış edirdi. Endrik indiyədək “Real”ın heyətində 37 oyunda 7 qol vurub və 1 məhsuldar ötürmə edib.

Chosen
175
90deqiqe.az

1Sources