Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünə hazırlıqlar yekunlaşıb.
Publika.az xəbər verir ki, danışıqların keçiriləcəyi Ağ Evin qarşısında ölkələrin dövlət bayraqları düzülüb.
Fəxri qarovul üçün hərbçilər əraziyə gəliblər. Media nümayəndələri də Ağ Evin qarşısına və Oval ofisə toplaşıblar.