EN

Tramp-Paşinyan görüşü başladı - GÖRÜNTÜLƏR

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evin önündə rəsmi olaraq qarşılayıb.

Modern.az xəbər verir ki, Tramp Paşinyanı qarşılayaraq əl sıxıb və media nümayəndələri qarşısında qısa müddətli söhbət aparıblar.

Görüş iki liderin bağlı qapılar arxasında ikitərəfli müzakirələrlə davam edir.

Paşinyanla görüşdən sonra Prezident Tramp Ağ Evdə təşkil olunacaq genişmiqyaslı danışıqlarda həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə təklikdə görüşəcək.

 

Chosen
14
3
modern.az

3Sources