EN

Soçidə PUA təhlükəsi rejimi ləğv olundu

Soçidə pilotsuz aparat (PUA) təhlükəsi rejimi ləğv edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhər meri Andrey Proşunin özünün Telegram kanalında məlumat verib.

Qeyd olunub ki, hazırda şəhər küçələri vətəndaşlar üçün təhlükəsizdir.

“Əgər şübhəli obyektlərlə rastlaşsanız, unutmayın: vurulmuş pilotsuz aparatların qalıqları təhlükə yarada bilər. Onlara yaxınlaşmayın, şəkil çəkməyin və yaxınlıqda mobil telefonlardan istifadə etməyin,” – deyə mer şəhər sakinlərinə və qonaqlara müraciət edib.

Chosen
17
nocomment.az

1Sources