EN

BMT Tramp-Putin sammitinə ev sahibliyi etməyə hazırdır

BMT Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüş üçün Nyu-Yorkdakı qərargahını təqdim etməyə hazırdır, lakin belə bir müraciət hələ də daxil olmayıb.

“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə təşkilatın baş katibinin müavini Stefani Tremble bildirib.

O qeyd edib ki, sammitin BMT-nin mənzil-qərargahında keçirilməsi ilə bağlı məsələ müzakirə olunmayıb: "Hələlik bunun görüş planlaşdıranların nəzərdən keçirdiyi seçim olduğunu düşünmürəm", - o deyib.

Eyni zamanda, Tremble BMT-nin qapılarının dialoq üçün həmişə açıq olduğunu vurğulayıb: “Biz həmişə dialoqu təşviq edirik və ümid edirik ki, BMT Nizamnaməsinə uyğun olaraq, son nəticədə Ukraynada hərbi əməliyyatların dayandırılması istiqamətində irəliləyiş əldə olunacaq”.

Chosen
9
2
report.az

3Sources