EN

Avropa İttifaqı Ukraynaya 3 milyard avrodan çox maliyyə yardımı ayıracaq

Avropa İttifaqı Şurası Ukraynaya 3,056 milyard avro maliyyə dəstəyi göstərilməsi barədə qərar qəbul edib. Bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko özünün Telegram kanalında məlumat verib.

Baş nazir bu qərarı Ukraynanın islahat kursuna və sabitliyini qorumaq qabiliyyətinə göstərilən güclü etimad siqnalı kimi qiymətləndirib:

“Bu gün Aİ Şurası Ukraynaya 3,056 milyard avro ayrılması barədə qərar verdi. Danimarkanın sədrliyinə göstərdiyi aydın dəstəyə görə təşəkkür edirik. Bu cür qərarlar bizi vahid Avropada güclü Ukraynaya daha da yaxınlaşdırır”, – deyə Sviridenko bildirib.

Bununla yanaşı, Avropa İttifaqı Şurasının rəsmi saytında qeyd olunub ki, Ukrayna 3,2 milyard avrodan çox maliyyə dəstəyi alacaq. Bildirilir ki, bu vəsait əsasən Ukraynanın makromaliyyə sabitliyinin möhkəmləndirilməsinə və dövlət idarəçiliyinin fəaliyyətinə dəstək məqsədilə ayrılır.

//Samir Qurbanov, Editor.az

Chosen
61
11
editor.az

10Sources