EN

Çanaqqala boğazı bağlandı - VİDEO

Türkiyə hökuməti yanğınlara görə Çanaqqala boğazını bağlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yyaıb. 

Yanğınlardan birinin Sarıcaeli kəndi yaxınlığında baş verdiyi qeyd edilir. Güclü külək nəticəsində alov qısa müddətdə geniş ərazini, o cümlədən kənd təsərrüfatı sahələrini əhatə edib.

Yerli hakimiyyət orqanları yanğının sürətlə yayılması səbəbindən Kulə kəndinin, eləcə də Sarıcaelidəki qocalar evinin sakinlərinin təxliyə edildiyini bildirib. Yanğın yerli xəstəxanaya yaxınlaşıb.
Yanğının söndürülməsinə təkcə yüzlərlə xilasedici deyil, aviasiya da cəlb olunub.

Yanğından çıxan tüstü boğaza yayılıb.

 

Chosen
18
bakivaxti.az

1Sources