EN

Heyvan və quş xəstəlikləri ilə əlaqədar bəzi ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Türkiyənin Ədirnə vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Hindistanın Maxaraştra ştatında dabaq xəstəliyi, Bolqarıstanın Köstəndil vilayətində, Polşanın Pomorsk inzibati ərazisində blutanq xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Aberdinşir inzibati ərazi vahidində və Cənubi Afrika Respublikasının Qərbi Keyp əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə AQTA tərəfindən adıçəkilən ölkələrin həmin inzibati ərazi vahidlərinə, zonalaşma prinsipi nəzərə alınmaqla, ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvafiq malların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Chosen
65
22
ekologiya.az

10Sources