EN

Dünyada ərzaq qiymətləri əhəmiyyətli bahalaşıb

Bakı. Trend:

İyul ayında dünya ərzaq qiymətləri iyunla müqayisədə 1,6% artıb.Ət və bitki yağlarının bahalaşması dənli bitkilər, süd məhsullarıvə şəkər üzrə qiymət azalmasını kompensasiya edib.

Trend xəbər verirki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)aylıq icmalında bildirilir.

Məlumata görə, iyulda ərzaq qiymətləri indeksi 130,1 bənd təşkiledib ki, bu da iyun göstəricisindən 1,6% və ya 2,1 bənd yüksəkdir.2024-cü ilin iyulu ilə müqayisədə indeks 7,6% artıb, lakin 2022-ciilin martında qeydə alınmış rekord həddən 18,8% aşağı olub.

İyul ayında dənli bitkilər üzrə qiymət indeksi iyuna nisbətən0,8%, 2024-cü ilin iyuluna nisbətən isə 3,8% azalıb. Arpa vəqarğıdalının dünya ixrac qiymətləri artsa da, darı və buğdanınqiymətləri enib.

Məqalədə:
Chosen
23
2
az.trend.az

3Sources