AZ

Dünyada ərzaq qiymətləri bahalaşdı

İyul ayında dünya ərzaq qiymətləri iyunla müqayisədə 1,6% artıb.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının aylıq icmalında bildirilib.

Məlumata görə, ət və bitki yağları bahalaşıb. Dənli bitkilər, süd məhsulları və şəkər ucuzlaşıb.

İyulda ərzaq qiymətləri indeksi 130,1 bənd təşkil edib. Bu da iyun göstəricisindən 1,6% və ya 2,1 bənd yüksəkdir. 2024-cü ilin iyulu ilə müqayisədə indeks 7,6% artıb, lakin 2022-ci ilin martında qeydə alınmış rekord həddən 18,8% aşağı olub.

Seçilən
6
2
publika.az

3Mənbələr