“Şamaxı”dan ayrılan Vasiliye Bakiçin yeni klubu məlum olub.
"Football-plus.az" xəbər verir ki, müdafiəçi Finlandiya təmsilçisi “İlves”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, serbiyalı futbolçu 2024/25 mövsümündə “Şamaxı”nın heyətində premyer-liqada 23 oyunda 1 qol vurub.