EN

Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə çatıb

  2025-ci ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə konteyner dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb.

Referans xəbər verir ki, ADY-dən AZƏRTAC-a bildirilib ki, bu dövrdə Bakı Limanı vasitəsilə aşırılan konteyner həcmi 60 min 429 TEU təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,2 faiz artım deməkdir. 2024-cü ilin yanvar-iyul aylarında bu göstərici 39 min 184 TEU ekvivalentinə bərabər olub.

Regionun ən müasir logistika mərkəzi olan Bakı Limanında müşahidə olunan bu pozitiv dinamikanın ilin sonuna qədər davam edəcəyi və göstəricilərin daha da artaraq 100 min TEU təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, ölkəmizin tranzit gücünün artırılması məqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından sonra limanın illik gücü hər hansı investisiya yatırılmadan qısa müddətdə 100 min TEU-dan 150 min TEU-ya yüksəldilib  

Chosen
137
25
referans.az

10Sources