EN

Gürcüstan Abxaziya və Cənubi Osetiyads qüvvə tətbiq etməmək barədə sazişi imzalamayıb

Tbilisi Rusiyadan işğal olunmuş ərazilərdən qoşunları çıxarmağı və tanınmanı ləğv etməyi tələb edir...

Poliqon xəbər verir ki, Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə qüvvə tətbiq etməmək haqqında sazişi imzalamağa hazır olmadığını bəyan edib. Bu barədə ölkənin baş naziri İrakli Kobaxidze açıqlama verib.

Gürcüstan Xarici İşlər Nazirliyi isə öz növbəsində Rusiyadan qoşunlarını çıxarmağı və işğal olunmuş bölgələrin “müstəqilliyinin” tanınmasından imtina etməyi tələb edib.

Nazirliyin bəyanatında deyilir:

“Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını işğal olunmuş ərazilərin qondarma müstəqilliyinin tanınması barədə qanunsuz qərarını ləğv etməyə, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşması üzrə öhdəliklərini yerinə yetirməyə, qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa və məcburi köçkünlərin və qaçqınların evlərinə qayıtmasına mane olmamağa çağırır”.

Tbilisi bildirib ki, Gürcüstanın mövqeyi dəyişməz olaraq qalır və ölkə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü müdafiə etməkdə davam edəcək.

Poliqon.info

Chosen
69
50
poliqon.info

10Sources