EN

Nyu-York birjasında təbii qazın qiymətiazalıb

8 avqust 2025-ci il tarixində Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers qiymətləri enib.

Finss.az-ın məlumatına görə, sentyabrda çatdırılma şərti ilə təbii qaz fyuçerslərinin 1 milyon BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə dəyəri 0,16 faiz azalaraq 3,076 ABŞ dolları səviyyəsində formalaşıb.

Analitiklər bildirirlər ki, qiymət azalışı əsasən mövsümi tələbin zəifləməsi və bazarda təklifin yüksək qalması ilə bağlıdır.

Chosen
15
fins.az

1Sources