EN

İki klubumuz yenildi, Ukrayna ilə Rusiya “arasında qaldıq”

Avrokuboklarda həftənin oyunlarından sonra Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Sportinfo.az xəbər verir ki, III təsnifat mərhələsinin ilk matçlarından sonra əmsalı 19.000-ə çatan Azərbaycan 28-ci yerdə qərarlaşıb.

Ukrayna (19.600) 27-ci, Rusiya (18.299) 29-cu sıradadır.

Bu həftə Azərbaycan təmsilçilərindən "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində səfərdə "Şkendiya"nı (Şimali Makedoniya) məğlub edib - 1:0. "

Sabah" Konfrans Liqasının III təsnifat mçərhələsində Bolqarıstan "Levski"sinə 0:1 hesabı ilə uduzub. "Araz-Naxçıvan" isə Bakıda Kipr "Omoniya"sına böyük hesabla yenilib - 0:4.

UEFA reytinqində İngiltərə (94.839) liderdir.

Chosen
46
1
sportinfo.az

2Sources