Ağstafada yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Kösgər kəndi yolunda baş verib.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı daşa çırpılıb.

Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info