EN

Ağstafada yol qəzası olub, xəsarət alanlar var

Ağstafa, 8 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafada yol-nəqliyyat qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Kösgər kənd yolunda qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Chosen
12
2
azertag.az

3Sources