EN

KİV: ABŞ-nin qızıl külçələrə yeni rüsum tətbiq etməsi İsveçrəyə zərbə vura bilər

ABŞ-yə ixrac olunan 1 kiloqramlıq qızıl külçələr yeni rüsumlara tabe olan məhsullar kateqoriyasına daxil edilib.

"Report"un xəbərinə görə, bu barədə "Financial Times" qəzeti məlumat yayıb,

Nəşrin əldə etdiyi ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin 31 iyul tarixli göstərişinə əsasən, ABŞ-yə ixrac üçün nəzərdə tutulmuş 1 kiloqram və 100 unsiyalıq qızıl külçələr gömrük rüsumlarına tabe olan xüsusi kodla təsnif edilməlidir. Bildirilir ki, bu göstəriş "sənayenin əvvəlki gözləntiləri ilə kəskin ziddiyyət təşkil edir", çünki daha əvvəl bu növ külçələrin başqa gömrük kodu ilə təsnif ediləcəyi düşünülürdü.

"Financial Times" qeyd edir ki, 1 kq-lıq külçələr qızıl üzrə dünyanın ən iri fyuçers bazarı olan "Comex"də ən geniş yayılmış ticarət formasıdır. Gömrük məlumatlarına görə, qızıl İsveçrənin ABŞ-yə ixrac etdiyi əsas məhsullardan biridir. Nəşr hesab edir ki, Vaşinqtonun bu qərarı "dəyərli metallar üzrə qlobal bazarda ciddi dəyişikliklərə və İsveçrəyə – dünyanın qızıl emalı üzrə ən böyük mərkəzinə – yeni zərbə vura bilər".

Chosen
14
50
report.az

10Sources