EN

Vaşinqtonda İlham Əliyevin Stiv Uitkoff ilə görüşü oldu


Avqustun 7-də Vaşinqtonda Prezident İlham Əliyevin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub.
Yeniavaz.com
xəbər verir ki, əvvəlcə dövlət başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Sənədi Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.
Sonra dövlət başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü olub.
Chosen
92
11
yeniavaz.com

10Sources