EN

İtkin düşən qadının meyiti Kürdən tapıldı

 Kür çayında qadın meyiti aşkar edilib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Neftçalada qeydə alınıb.

Araşdırmalar zamanı meyiti tapılan qadının bir neçə gün əvvəl itkin düşən Kürkənd kənd sakini, 33 yaşlı Minayə Əli qızı Rüstəmova olması müəyyən olunub. 

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Chosen
90
10
qafqazinfo.az

10Sources