EN

Azərbaycan millisi Xankəndidə oynayacaq?

Futbol üzrə Azərbaycan milli komandası oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər.

ONN media  xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov məlumat verib.

O, "CBC Sport" telekanalına müsahibəsində sözügedən arenadakı yenidənqurma işləri barədə danışıb:

"Bilirsiniz ki, Xankəndi şəhər stadionu yenidən qurulur. Bu, çox çətin bir prosesdir. Açıq desəm, yeni stadion tikmək daha asandır. Bu arenanın bir hissəsi 3-cü MDB Oyunları üçün hazır olacaq. Oyunlardan sonra isə yenidənqurma işləri davam edəcək. MDB Oyunlarının oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək.

Daha sonra orada təmir işlərimiz davam edəcək. Məqsəd növbəti illərdə Xankəndi şəhər stadionunun UEFA kateqoriyası almasıdır ki, həm millimiz, həm də digər komandalarımız orada oyunlarını keçirə bilsinlər"

Chosen
41
12
onn.az

10Sources