Futbol üzrə Azərbaycan milli komandası oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər.
Publika.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov məlumat verib.
O, "CBC Sport" telekanalına müsahibəsində sözügedən arenadakı yenidənqurma işləri barədə danışıb:
"Bilirsiniz ki, Xankəndi şəhər stadionu yenidən qurulur. Bu, çox çətin bir prosesdir. Açıq desəm, yeni stadion tikmək daha asandır. Bu arenanın bir hissəsi 3-cü MDB Oyunları üçün hazır olacaq. Oyunlardan sonra isə yenidənqurma işləri davam edəcək. MDB Oyunlarının oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək.