Bakı. Trend:
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi“Araz-Naxçıvan” III təsnifat mərhələsi çərçivəsində ilk oyununukeçirib.
Trend xəbər verirki, Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv “Liv Bona DeaArena”da Kiprin “Omoniya” komandasını qəbul edib. Görüş qonaqların4:0 hesablı qələbəsi ilə başa çatıb.
Kipr təmsilçisinin heyətində Loizos Loizu (2 qol), Evandro vəStefan Yovetiç fərqləniblər.
Oyunu Çexiyalı hakimlər briqadası idarə edib.
Komandalar arasında cavab görüşü avqustun 14-də Kiprdə baştutacaq.