EN

​Çin və Pakistan arasıda əməkdaşlıq güclənir

Çin və Pakistan aradında texnoloji əməkdaşlıq genişlənir.Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, əməkdaşlıq artıq yalnız hərbi sahə ilə məhdudlaşmır, nüvə energetikası, kosmos və süni intellekt kimi qabaqcıl sahələri də əhatə edir. Pakistanın Planlaşdırma naziri Ahsan İqbal Çinə səfəri zamanı Çinin nüvə və kosmos qurumlarının rəhbərləri ilə görüşüb. Görüşdə sülh məqsədli nüvə texnologiyasının kənd təsərrüfatında tətbiqi və süni intellekt sahəsində birgə əməkdaşlıq müzakirə olunub. Səfər zamanı Pakistan peyk buraxılışı həyata keçirib.

Qeyd edək ki, Pakistanın "Karaçi" Atom Elektrik Stansiyasının üçüncü bloku Çin istehsalı olan "Hualong One" reaktoru ilə təchiz olunub və istifadəyə tam hazırdır. Bu reaktor Çinin xaricə ixrac etdiyi ilk nüvə reaktorudur.

Chosen
56
metbuat.az

1Sources