EN

Azərbaycanın ixrac xəritəsi dəyişir: QHT sədrindən AÇIQLAMA

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanın ixrac strukturunda əsas payı hələ də neft və qaz sənayesi tutur.

Onun sözlərinə görə, ümumi ixracın 80 faizdən çoxu məhz bu sektora aiddir:

“Belə qeyd etmək olar ki, hələ də Azərbaycanın ixracında əsas rolu neft və qaz sənayesi oynayır. Orta hesabla desək, ixracımızın 80 faizindən çoxu bu sahəyə düşür.”

Bununla yanaşı, Ruslan Atakişiyev qeyri-neft sektorunun da dinamik inkişaf etdiyini və əsas ixrac sahələri arasında kənd təsərrüfatı məhsulları ilə yanaşı, qızılın da önəmli yer tutduğunu vurğulayıb:

“Azərbaycanda daxildə istehsal olunan qızıl ixracda ön sıradadır. Daha sonra pomidor, çiyələk və digər kənd təsərrüfatı məhsulları əsas ixrac malları sırasında yer alır. Sənaye və emal sənayesi məhsulları da ixracda əhəmiyyətli rol oynamağa başlayıb. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən sənaye zonaları və məhəllələri – o cümlədən Sumqayıt Kimya Sənaye Parkı, Araz Vadisi İqtisadi Zonası, Mingəçevir və Neftçala sənaye məhəllələri – bu baxımdan mühüm imkanlar yaradır. Sənaye tipli məhsullar arasında yüngül sənaye məhsulları – o cümlədən geyim və şüşə sənayesi məhsulları da ixrac imkanlarına malikdir. Bundan əlavə, qoyun və iribuynuzlu heyvan dərilərinin həm xammal, həm də ilkin aşılanmış formada ixracı mümkündür."

Ardı var...

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
20
qht.az

1Sources