EN

Lukaku: "Messi və Ronaldo əla oyunçudur, amma mənim nümunəm Benzemadır"

"Napoli"nin hücumçusu Romelu Lukaku 32 yaşında top futbolçu statusuna malik olarkən təkmilləşmənin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Operativ Media xəbər verir ki, "La Gazzetta dello Sport" nəşri Lukakudan sitat gətirir:

"Əlbəttə, bunun üçün bizdə hər cür şərait var. Hətta evdə idman zalım da var. Lionel Messi, Kriştiano Ronaldo, Robert Levandovski və Zlatan İbrahimoviç kimi böyük futbolçular mövcuddur. Amma mənim nümunəm 32 yaşında 'Qızıl top'u qazanan Kərim Benzemadır".

Futbolçu hesab edir ki, düzgün yanaşma ilə daim irəliyə baxmaq lazımdır. O, həmçinin qeyd edib ki, dördqat NBA çempionu LeBron Ceyms də eyni münasibətə malikdir.

Romelu Lukaku 2024-cü ildən "Napoli" klubunda çıxış edir. Bundan əvvəl o, "Çelsi", "Roma", "İnter", "Mançester Yunayted", "Everton" və digər klublarda oynayıb.

2024/25 mövsümündə belçikalı hücumçu A Seriyasında və İtaliya Kubokunda ümumilikdə 38 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
21
9
operativmedia.az

10Sources