EN

"Apple" ABŞ iqtisadiyyatına əlavə 100 milyard dollar sərmayə qoyacaq

"Apple" ABŞ-də istehsala əlavə 100 milyard dollar sərmayə qoyaraq ümumi investisiyanı 600 milyard dollara çatdıracaq.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.

Onun sözlərinə görə, bu, "Apple"ın Amerikada və ya başqa ölkədə indiyə qədər qoyduğu ən böyük sərmayədir:

""Apple"ın investisiyasını Amerika Birləşmiş Ştatlarında satılan "iPhone"ların Amerikada da istehsal olunmasını təmin etmək kimi əsas məqsədimizə doğru mühüm addımdır. İnvestisiya ABŞ-də 20 mindən çox, "Samsung" və "Corning" kimi "Apple" təchizatçılarında isə minlərlə yeni iş yeri yaradacaq".

Gülşən Şərif

Chosen
55
28
bakivaxti.az

10Sources